“Allah sənə rəhmət eləsin” yazdım, cavab verdi…

23:38 - 2 Sentyabr 2023 - GÜNDƏM

 “Allah sənə rəhmət eləsin” yazdım, cavab verdi…

Aliyə xanımla uzun müddətdi İnstaqram dostuyuq, hal-əhval tutur, bayramlaşır, hərdən dərdləşirik də.

O bir DAN(S) ULDUZUDU!

Hekayə bölümündə yazılarımı paylaşanda təşəkkür etməyə imkan vermir: “Borcumuzdu!”

Rəqs sənətiylə adı qoşa çəkilən Ramazanlının yaradıcılığıma diqqəti bir az da təəccüblü gəlir mənə.

Axı biz heç vaxt rastlaşmamısıq da!

Dünən eşitdim, vəfat edib.

Yazdım ki, yeriniz behişt olsun.

Cavab yazdı: “Keçənlərinizə rəhmət!”

Əsl sənət budur! - dünyanı dəyişəndən sonra da SƏNƏ YAZIRLAR VƏ SƏN DƏ CAVAB VERİRSƏN...


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol