Gürcüstanda yaşayan və əsasən bu ölkənin vətəndaşları olan bir qrup etnik erməni “Qarabağda yaşayan ermənilərə dəstək” adı altında sentyabrın 2-də Tiflis şəhərinin Avlabari məhəlləsində aksiya keçirmək istəyiblər. Lakin aksiyada azyaşlı uşaqlar da daxil olmaqla 30-40 nəfər iştirak edib və onların cəhdi iflasa uğrayıb.
BUTA.TV xəbər verir ki, aksiya iştirakçılarının yerli gürcülərə və şəhərin qonaqlarına müraciəti də cavabsız qalıb.
Belə ki, ermənilər nə yerli gürcülərdən, nə də turistlərdən dəstək ala bilməyiblər. Heç kim aksiyaya qoşulmaq istəməyib və əksinə, ermənilərə “sizin başqa işiniz-gücünüz yoxdurmu?” - istehzalı suallar verərək ərazidən uzaqlaşıblar.
Etnik ermənilər bundan sonra sadəcə xatirə şəkili çəkdirərək, özləri də ərazidən uzaqlaşıblar.
Qeyd edək ki, aksiyada şəkil çəkdirən bəzi ermənilər öz uşaqlarını gəzməyə çıxarmışdılar. Hətta onlar da aksiyanı oyuncaq toplantı adlandırıblar.
Aksiyanın təşkilatçılarını və havadarlarını ciddi tənqid edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov deyib ki, aksiyada 30-40 nəfərin iştirak etməsi göstərdi ki, bu aksiya deyil, sadəcə məhəllə iclasıdır. Ermənilər artıq aksiya keçirmək qabiliyyətlərini də itiriblər. Artıq onlar başa düşüblər ki, Qarabağ Azərbaycandır!
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər
- ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir
- Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı