Rusiya Odessa limanını “Şahid”lərlə vurdu

12:56 - 3 Sentyabr 2023 - GÜNDƏM

 Rusiya Odessa limanını “Şahid”lərlə vurdu

Rusiya sentyabrın 3-də “Şahid” kamikadze dronları vasitəsilə Odessa vilayətində liman infrastrukturuna hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

"Rusiya ordusu cənub və cənub-şərqdən 25 ədəd “Şahid-136/131” PUA-sı ilə bir neçə hücum dalğası həyata keçirib. Dronların 22-si Ukrayna hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, dron hücumları nəticəsində liman infrastrukturuna zərər dəyib, yanğın baş verib. İlkin məlumata görə, 2 mülki şəxs yaralanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol