Sudanda şiddətli döyüşlər: Ordu bu bazanı ələ keçirdi

13:40 - 3 Sentyabr 2023 - GÜNDƏM

 Sudanda şiddətli döyüşlər: Ordu bu bazanı ələ keçirdi

Sudan ordusu paytaxt Xartumun cənubunda yerləşən zirehli tank qüvvələrinin bazasına tam nəzarəti ələ keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı Sudan ordusuna istinadla məlumat yayıb.

“Xartumun cənubundakı Əl-Şəcər bölgəsində zirehli tank qüvvələrinin bazasının təhlükəsizliyi təmin edilib, əlavə olaraq çevik reaksiya qüvvələri ətraf ərazilərdən çıxarılıb”, - məlumatda bildirilib.

Kanalın məlumatına görə, Sudan ordusu paytaxtdakı çevik reaksiya qüvvələrinin mövqelərinə hava zərbələri endirməkdə davam edir və artilleriya atəşi səsləri də eşidilir. Qonşu Omdurman şəhərində də şiddətli döyüşlər gedir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol