Yığmamız Türkiyə ilə qarşılaşacaq

14:16 - 3 Sentyabr 2023 - GÜNDƏM

 Yığmamız Türkiyə ilə qarşılaşacaq

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, təmsilçimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə 24 futbolçu dəvət olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol