Kürdəmirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, Elvin Rəhimovun idarə etdiyi "Mersedes" markalı avtomobil işıqforda dayanmış sürücü Elcan Əhmədovun idarə etdiyi "Daevoo" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə birincidə olan iki sərnişin - rayon sakinləri Qurbanov Fəqan Fərhad oğlu və Mahmudov Amil Ramal oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər