“Akkuyu” AES bu tarixdə işə salınacaq – Putin

16:42 - 4 Sentyabr 2023 - GÜNDƏM

 “Akkuyu” AES bu tarixdə işə salınacaq – Putin

Türkiyədə “Akkuyu” atom elektrik stansiyasının ilk bloku 2024-cü ildə işə salınacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı bildirib.

"Akkuyu” atom elektrik stansiyasının tikintisi davam edir, indi Türkiyə Rusiya nüvə yanacağının ilk partiyasının “Akkuyu”ya çatdırılmasından sonra sözün əsl mənasında beynəlxalq nüvə dövlətləri klubunun üzvü olub. Gələn il plana uyğun olaraq birinci bloku işə salacağıq. Əməkdaşlığımızı davam etdirmək üçün maraqlı mümkün variantlar var”, - Putin bildirib.

Putin hazırda stansiyada böyük ixtisaslı komandanın işlədiyini də bildirib.

Qeyd edək ki, 27 apreldə “Akkuyu” AES-in birinci enerji blokuna nüvə yanacağı yüklənib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol