Azərbaycan Ordusunda döyüş hazırlığı üzrə yarışlar - Foto

17:34 - 4 Sentyabr 2023 - GÜNDƏM

 Azərbaycan Ordusunda döyüş hazırlığı üzrə yarışlar - Foto

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda döyüş hazırlığı həftəsi çərçivəsində tabor, bölük, divizion və batareya səviyyəsində yarışlar keçirilir.

Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bir neçə mərhələdə keçiriləcək yarışların əsas məqsədi bölmələrin döyüşə hazırolma vəziyyətini yüksək səviyyədə saxlamaq, hərbi qulluqçuların praktiki vərdişlərini təkmilləşdirmək və şəxsi heyətin sağlam rəqabət əzmini artırmaqdır.

Yarışların nəticələrinə əsasən, qalib heyətlər mükafatlandırılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol