İranda daha bir media orqanı bağlandı

10:22 - 5 Sentyabr 2023 - GÜNDƏM

 İranda daha bir media orqanı bağlandı

İranın məşhur "İntihab" xəbər saytının fəaliyyətinə qadağa qoyulub.

BUTA.TV xəbər verir ki, bu barədə "Etimad" qəzeti məlumat yayıb.

Bildirilib ki, sayt İranın xarici siyasətinin zəifliyi, milli valyutanın dəyərdən düşməsi ilə bağlı material yaydıqdan sonra media haqqında qanunu pozmaq ittihamı ilə qapadılıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi bir neçə gün əvvəl media barədə çıxış edib.

O, mediaya nəzarətin gücləndirilməsini, vətəndaşlarda məyusluq və ümidsizlik aşılayan media orqanlarına qarşı tərdbirlər görülməsini tələb edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol