Prezidentin nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda

14:10 - 5 Sentyabr 2023 - GÜNDƏM

 Prezidentin nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 5-də Əlahiddə Ümumqoşun Ordunun Komanda Məntəqəsinə gələrək məntəqənin fəaliyyəti ilə tanış olub.

BUTA.TV xəbər verir ki, Komanda Məntəqəsinin Döyüşü İdarəetmə mərkəzində döyüş hazırlığının, təlimlərin gedişatı, eləcə də Ermənistan Respublikasının silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində cari vəziyyət haqqında məlumat verilib.

Daha sonra səlahiyyətli nümayəndə Əlahiddə Ümumqoşun Ordunun qərargahına gələrək yaradılmış şəraitlə tanış olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol