ABŞ hökuməti Blinkenin səfərini təsdiqləmədi

23:10 - 5 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ hökuməti Blinkenin səfərini təsdiqləmədi

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel dövlət katibi Entoni Blinkenin Kiyevə mümkün səfəri ilə bağlı məlumatı təsdiqləməyib.

BUTA.TV xəbər verir ki, o, brifinqdə Blinkenin sentyabrın 6-da Ukrayna paytaxtına səfər edəcəyi ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirərək, “Mənim hər hansı rəsmi səfərlə bağlı heç bir məlumatım yoxdur” deyib.

Qeyd edək ki, “Zerkalo nedeli” nəşri diplomatik mənbələrə istinadən dövlət katibinin Kiyevə gedəcəyini bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol