ABŞ Ermənistanla hərbi təlimlərə başlayır

10:26 - 6 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ Ermənistanla hərbi təlimlərə başlayır

Sentyabrda İrəvanda Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək.

BUTA.TV xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Ermənistanda beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində 11-20 sentyabr tarixlərində Müdafiə Nazirliyinin “Zar” təlim mərkəzində “Eagle Partner 2023” birgə hərbi təlimləri keçiriləcək”, - məlumatda deyilib.

Qeyd olunur ki, təlimlərdə sülhməramlı tapşırıqların yerinə yetirilməsi zamanı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatlar işlənəcək. Eyni zamanda, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində təcrübə mübadiləsi aparılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol