Ukrayna müdafiə nazirinin müavinləri istefa verdi

13:42 - 6 Sentyabr 2023 - GÜNDƏM

 Ukrayna müdafiə nazirinin müavinləri istefa verdi

Ukrayna müdafiə nazirinin üç müavini istefa verib.

BUTA.TV xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, müdafiə nazirinin müavini Vladimir Qavrilov, müdafiə nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşdırma üzrə müavini Vitali Deyneqa və müdafiə nazirinin Avropa inteqrasiyası üzrə müavini Andrey Şevçenko istefa verib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Ali Radası müdafiə naziri Aleksey Reznikovun istefasını təsdiqləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol