Bu, Azərbaycanın daxili işlərinə qarışmaqdır - Prezident

18:16 - 6 Sentyabr 2023 - GÜNDƏM

 Bu, Azərbaycanın daxili işlərinə qarışmaqdır - Prezident

Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken ilə telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol