Blinken Zelenski ilə görüşdü - Foto

23:58 - 6 Sentyabr 2023 - GÜNDƏM

 Blinken Zelenski ilə görüşdü - Foto

ABŞ-nin Dövlət katibi Ukraynanın paytaxtı Kiyevə səfəri çərçivəsində Prezident Vladimir Zelenski ilə görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Zelenski ABŞ-nin Ukraynaya göstərdiyi yardıma, xüsusən energetika sahəsindəki köməyə görə Blinkenə təşəkkürünü bildirib. Prezident qeyd edib ki, Ukraynanı ağır qış gözləyir, lakin o əmindir ki, ukraynalılar bu sınaqdan keçə biləcəklər.

Blinken, öz növbəsində, Zelenski və komandasını görməyə şad olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden Amerikanın Ukraynaya dəstəyini təsdiqləmək, o cümlədən ölkəsinin səylərini maksimuma qaldırdığını bildirmək üçün Kiyevə səfər etməsini istəyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol