Füzulidən Horadizə marşrut xətti açılır

17:14 - 7 Sentyabr 2023 - GÜNDƏM

 Füzulidən Horadizə marşrut xətti açılır

Füzuli şəhərindən Horadiz qəsəbəsinə və Əhmədbəyli kəndinə marşrut xətti istifadəyə veriləcək.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə bu gün Füzuli şəhərinə köçürülən sakinləri qarşılama mərasimində Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov bildirib.

Qeyd edilib ki, Füzuliyə köçürülən sakinlərin gündəlik tələbatını ödəmək üçün şəhərdə yeni market istifadəyə verilib. Lakin digər zəruri tələbatları ödəmək, əhalinin şəhərdən kənara gediş-gəlişini təmin etmək üçün Füzuli - Əhmədbəyli, Füzuli - Horadiz marşrutlarının açılması da nəzərdə tutulur.

Marşrutların yaxın zamanda işə düşməsi planlaşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol