Türkiyədə sel: ölənlərin sayı 8-ə çatdı

21:10 - 7 Sentyabr 2023 - GÜNDƏM

 Türkiyədə sel: ölənlərin sayı 8-ə çatdı

İki gün öncə Türkiyədə baş verən güclü sel nəticəsində ölənlərin sayı 8-ə çatıb.

BUTA.TV xəbər verir ki, sentyabrın 5-də Kırklareli baş verən sel nəticəsində itkin düşmüş daha 4 nəfərin cəsədi tapılıb. Daha əvvəl Kırklarelidə 2 nəfərin öldüyü məlum olub.

İstanbul şəhərində baş verən sel nəticəsində isə 2 nəfər ölmüşdü.

Qeyd edək ki, şiddətli yağış səbəbindən rayonda dərələr daşıb, bəzi yollar bağlanıb. İtkin düşənlərin axtarışı davam edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol