Məşhur sülh carçısı fotojurnalist Rza Deqatinin silsilə sərgiləri Fransanın regionlarında davam edir.
Kult.az xəbər verir ki, Bretany regionunun Vannes şəhərində fotojurnalistin “Sükutun dərinliyi” adlı sərgisinin açılışı olub. R.Deqati əsl sənətkar kimi sözünü, fikirlərini fotoları vasitəsilə ötürür. Onun reallığı əks etdirən fotoları qarşısında sözə ehtiyac olmur. Bu sərgilər hər şeyi fotoların dili ilə çatdırır.
Həmişə olduğu kimi, R.Deqatinin sərgilərində Azərbaycan, eləcə də onun işğalçılar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlərini əks etdirən fotolar da nümayiş olunur. Erməni işğalı dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlərimizi əks etdirən Deqati fotoları ilə ictimaiyyətə əsl həqiqətləri çatdırır.
Onun sərgilərinin komissarları Raşel Deqati və Fransada sərgilər kuratoru Pyer Bonciovanidir. R.Deqatinin sərgiləri yay fəslində yerli ictimaiyyət və xarici turistlərin ən sevimli ziyarət məkanı olur.
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi