Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı mübarizəmizə daha da güc qatacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Şimali Kiprin xarici işlər naziri Tahsin Ərtoğruloğlu Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatını şərh edərkən bildirib.
“Dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin nazirlərinin ikinci iclasının iştirakçıları ilə görüşündə söylədiyi sözlərdən böyük qürur hissi keçiririk. Köklü bir türk çinarının budaqları olan ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uzun bir yol qət edəcəyik. Bu bəyanat mübarizəmizə daha da güc qatacaq", - Ərtoğruloğlu qeyd edib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bəyan edib:
"Türk Dövlətləri Təşkilatının dəstəyi ilə daha da güclənəcəyik. ŞKTC-nin tanınması istiqamətində bizə dəstək olan hər kəsə təşəkkür edirik. Bir millət, üç dövlət olaraq böyük uğurlar qazanacağımıza tam inanırıq”.
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi