Separatçılar qondarma “parlament”də “prezident” seçkiləri keçirəcək. İki namizəd var: biri Araikin xələfi hesab olunan və keçmiş “Qarabağ klanı”na daxil olan bütün qüvvələr tərəfindən dəstəklənən Samvel Şahramanyan, digəri Paşinyana yaxınlığı ilə tanınan, Ağdam-Xankəndi yolunun açılmasını – bu, məqsədyönlü mövqedir - qəbul edən Samvel Babayandır;
Babayanın “namizədliyi” qeydə alınmadığı üçün Şahramanyan yeganə “namizəd” kimi separatçıların yeni “başçısı” olacaq. Erməni mənbələr qondarma “seçki” günü (9 sentyabr) Babayan və dəstəsinin müqavimətə hazırlaşdığını bildirir, Babayan özü də bunu gizlətmir. Separatçı rejimin müqavimətə qarşı sərt tədbirlər görüləcəyi, erməni əhalisini “təxribatlara” uymamamağa çağırması haqda dedikləri də bu gözləntini artırır.
Baş verənlər “seçki günü” Xankəndidə qarşıdurmanın yarana biləcəyini göstərir, hərçənd, mövcud vəziyyətdə Babayan “zəif bənd”dir və onun Şahramanyanı dəstəkləyən qrupa qarşı nəticə əldə etməsi çətin görünür. Bu baxımdan, qondarma “seçki” baş tutarsa, Şahramanyan separatçıların yeni “başçısı” olacaq.
Rəsmi Bakının suverenliyimizə qarşı olan qondarma “seçkilərin” qəbul edilməyəcəyinə dair bəyanatı, o cümlədən, diplomatlar üçün keçirilən brifinqdə Bayramov, Hacıyev və Əmirbəyovun açıqlamaları praktiki müstəvidə addımların atılmasını da ön plana çıxarır. Bu addımların “seçki günü”, yaxud ondan sonrakı günlərdə atılması mümkündür.
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi