Paris meri Ann İdalqo Qarabağdakı erməni separatçılara fəal şəkildə kömək edir.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın "Stiri pe surse" onlayn nəşrindəki məqalədə deyilir.
Müəlliflərin fikrincə, Fransa paytaxtının meri 2023-cü ilin avqustunda Azərbaycan ərazisindəki erməni separatçıların fəaliyyətini dəstəkləmək üçün vəsait ayırmaqda ittiham olunur.
Materialda İdalqonun tez-tez Ermənistana getdiyi və separatçılarla mütəmadi görüşdüyü vurğulanır. Bundan başqa, o Fransanın xarici işlər nazirinə məktub göndərərək, separatçıların Qarabağa verdikləri qondarma "artsax" adını tanımasını xahiş edib.
İdalqo Parisdən uzaqda yerləşən Qarabağ separatçılarının həyatı ilə maraqlandığı vaxtda Fransanın kütləvi informasiya vasitələri (KİV) və vətəndaş cəmiyyəti onun Fransa paytaxtındakı fəaliyyətini tənqid edir.
Müəlliflərin merin fəaliyyətini tənqid edən fransız nəşrlərindən birindən gətirdiyi sitatda deyilir ki, "Ann İdalqonun fəaliyyəti obyektiv olaraq çox pisdir. Parisdə maliyyənin fəlakətli vəziyyətinə, aşağı həyat keyfiyyətinə və daima artmaqda olan çirklənmə səviyyəsinə baxmaq kifayətdir".
Xatırladaq ki, avqust ayında Fransa bir neçə şəhərinin rəhbər şəxslərinin (o cümlədən Paris meri Ann İdalqonun) müşayiəti ilə "Laçın" sərhəd-buraxılış məntəqəsi istiqamətində "humanitar yük" adı altında bir neçə maşın göndərib.
Görünür, İdalqo hansı şəhərin meri olduğunu unudub. O parislilərin mühüm problemlərinə daha çox diqqət ayırsa yaxşı olardı. Bu cür təxribatlar isə erməni hökumət orqanları və diasporunun regionda vəziyyətin kəskinləşməsinə yönəlmiş kampaniyasıdır. Fransanın hökumət nümayəndələri isə "Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini dəstəkləmək" istəklərini bildirərək, bir yandan da özlərinin düşünülməmiş hərəkətləri ilə vəziyyəti daha da gərginləşdirirlər.
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi