Yasamalda mağaza yandı: xəsarət alan var

12:34 - 9 Sentyabr 2023 - GÜNDƏM

 Yasamalda mağaza yandı: xəsarət alan var

Yasamalda mağaza yanıb, xəsarət alan var.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, ümumi sahəsi 240 m² olan ikimərtəbəli, 8 otaqlı, mansarda tipli evin 1-ci mərtəbəsində sahəsi 8 m² olan otağın (mağaza kimi fəaliyyət göstərir) içərisində 5 m² sahədə ərzaq malları, 1 ədəd stol və 1 ədəd soyuducu qismən yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol