Pakistandan Qarabağdakı “seçkilər”lə bağlı açıqlama

10:28 - 10 Sentyabr 2023 - GÜNDƏM

 Pakistandan Qarabağdakı “seçkilər”lə bağlı açıqlama

Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib.

BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - nazirliyin mətbuat katibi Azərbaycan ərazisində keçirilən "seçkilər"lə bağlı sualı cavablandırarkən deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol