İldırım Yevlaxın 5 kəndini işıqsız qoydu

12:26 - 10 Sentyabr 2023 - GÜNDƏM

 İldırım Yevlaxın 5 kəndini işıqsız qoydu

Qeyri-sabit hava şəraiti nəticəsində Yevlax rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Yevlax Rayon Fövqəladə Hallar Komissiyasından BUTA.TV-a bildirilib ki, sentyabrın 10-da saat 03:55 radələrində ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində (Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndləri) 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.

“Yevlax Elektrik Şəbəkə”nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol