Fransada silsilə terror hücumu gözlənilir - Nazir

19:54 - 10 Sentyabr 2023 - GÜNDƏM

 Fransada silsilə terror hücumu gözlənilir - Nazir

Fransanın daxili işlər naziri Gerald Darmanin ölkədə xaricdən planlaşdırılan terror hücumları təhlükəsi barədə xəbərdarlıq edib.

BUTA.TV xəbər verir ki, o, bu hücumların 2015-ci ilin noyabrında Parisdəki hücumlara bənzəyəcəyini ehtimal edib.

“Biz özümüzü yenidən ortaya çıxan mümkün proqnozlaşdırılan təhlükədən sığortalayırıq, çünki bir sıra səbəblərə görə amerikalılar və fransızlar Sahele, Levant, Əfqanıstanda mövcudluğunu azaldıblar",- o bildirib.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Parisin bir sıra kütləvi məkanlarında xeyli insanın ölümü ilə nəticələnən silsilə terror aktları törədilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol