Rusiyada helikopter qəzaya uğradı

20:34 - 10 Sentyabr 2023 - GÜNDƏM

 Rusiyada helikopter qəzaya uğradı

Göyərtəsində üç nəfərin olduğu "Robinson" helikopteri Voloqda vilayətinin Voje gölü yaxınlığında qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iki nəfər xəsarət alıb, bir nəfər itkin düşmüş hesab olunur:

"10 sentyabr 2023-cü ildə göyərtəsində üç nəfərin olduğu Robinson helikopteri Voloqda vilayətinin Voje gölü ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində iki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlara tibbi yardım göstərilir, daha bir nəfər isə hazırda itkin düşmüş hesab olunur".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol