Göygöldə ağır qəza: ölən var

22:48 - 10 Sentyabr 2023 - GÜNDƏM

 Göygöldə ağır qəza: ölən var

Göygöl rayonu ərazisində ağır yol qəzası baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” markalı avtomobilin “KAMaz” markalı yük maşını ilə toqquşması nəticəsində Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Müşfiq Bayramov ölüb, 1998-ci il təvəllüdlü Tahirli Xalay Malik oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Bayram Vəli oğlu və onların həmyaşıdı Hüseynli Elgün Mübariz oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol