Rusiya bu ölkələrə vizaların ləğvini təklif etdi

10:00 - 11 Sentyabr 2023 - GÜNDƏM

 Rusiya bu ölkələrə vizaların ləğvini təklif etdi

Rusiya Yaxın Şərq və Cənub-Şərqi Asiyanın bir sıra ölkələrinə turist vizalarının tamamilə ləğvini təklif edib.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov deyib.

Onun sözlərinə görə, Moskva vizasız səyahətə keçidi inkişaf etdirir:

“Bizim əməkdaşlıq etdiyimiz ölkələr Yaxın Şərq və Cənub-Şərqi Asiyadır. Rusiya Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Malayziyaya vizaların tamamilə ləğvini təklif edib. Premium səviyyəli turistlərin artımı da mümkündür. Ona görə də bu bizi maraqlandırır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol