Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli işçi qrupunun danışıqları davam edir, lakin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Təbii ki, istənilən kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir. Bizi ləngidir və yenidən müzakirəyə qayıdana qədər vaxt gedir”, - o bildirib.
Onun sözlərinə görə, yeni şərtlər yarandığı təqdirdə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü keçirilə bilər.
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri