SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri görüləcək.
“Azəriqaz” İstehsalat Birliyindən BUTA.TV-a verilən məlumata görə, qeyd olunan təmir işləri ilə əlaqədar 12.09.2023-cü il saat 09:00-dan təmir işlərinə başlanılaraq 13.09.2023-cü il tarixdə işlər yekunlaşanadək “Xaldan” ölçü qovşağı üzərində olan “Xaldan Əhali” ölçü qovşağından, magistral qaz kəmərindən qidalanan “DAN MMC” və “Şəki Kərpic zavodu” ölçü qovşaqlarından, “Oğuz”, “Yaqublu”, “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex” və “Balakən” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin, “Şıxlı” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 12.09.2023-cü il saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə (2 gün ərzində) Yevlax və Ağdaş rayonlarının bir hissəsinin, Şəki, Qax, Oğuz, Zaqatala və Balakən rayonlarının isə tam olaraq, həmçinin Qazax rayonunun bir hissəsinin (1 gün ərzində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri