Ukrayna Qara dənizdəki strateji əhəmiyyətli qaz və neft platformaları olan “Boyko qüllələri”ni geri qaytarıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Boyko qüllələri” platformasının geri qaytarılması əməliyyatı Baş Kəşfiyyat İdarəsinin bölmələri tərəfindən həyata keçirilib. Əməliyyat nəticəsində “Pyotr Qodovalets” və “Ukrayna” qazma platformaları, “Tavrida” və “Sivaş” üzən qazma qurğuları geri qaytarılıb. Bundan başqa, helikopter sursatları və Qara dənizdə gəmiləri izləmək üçün istifadə edilən “Neva” radiolokasiya sistemi ələ keçirilib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya “Boyko qülllələri”ni 2015-ci ildə işğal etmişdi.
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri