30 il öncə itkin düşən şəhidin qalıqları torpağa tapşırıldı

18:46 - 11 Sentyabr 2023 - GÜNDƏM

 30 il öncə itkin düşən şəhidin qalıqları torpağa tapşırıldı

1993-cü ildə itkin düşən daha bir şəhidimiz Əsəd Məmməd oğlu Məmmədovun qalıqları 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Onun qalıqları Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb.

BUTA.TV xəbər verir ki, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən Əsəd Məmmədovun qalıqları bu gün Ağstafa rayonunun Eynallı kəndində ailəsinə təhvil verilib.

Eynallı kənd qəbirstanlığında keçirilən vida mərasimində şəhidin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb.

Əsəd Məmmədovun məzarına tər güllər düzülüb, əklillər qoyulub.

Üçrəngli Azərbaycan bayrağı şəhidin oğluna təqdim olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər, qazilər iştirak ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol