Ötən gün səhər saatlarında Portuqaliyanın Anadiya şəhərində "Destilaria Levira" şərab zavodunda iki çən partlayıb.
BUTA.TV xəbər verir ki, çənlərin partlaması nəticəsində şəhərin bir neçə küçəsini şərab suyu basıb.
Şəhər hakimiyyəti litrlərlə şərabın Sertima çayına axacağından və sonra vəziyyətin ekoloji fəlakət kimi qiymətləndirilə biləcəyindən qorxur.
Bununla belə, hökumət qeyd edib ki, indiyə qədər təbii fəlakətin qarşısı alınıb. Artıq şəhərin küçələrindən tökülən spirtli içkilər yığışdırılıb, zavod işçiləri şəhərin zədələnmiş obyektlərini təmizləyiblər.
Hələlik şəhərə və zavoda dəymiş iqtisadi ziyan hesablanmasa da, şirkətin qəzaya görə ciddi xərc çəkməsi rəsmiləri narahat edir.
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək