Paşinyan: Şahramanyanı təbrik etməyəcəm!

23:54 - 11 Sentyabr 2023 - GÜNDƏM

 Paşinyan: Şahramanyanı təbrik etməyəcəm!

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma respublikanın “prezidenti” Arayik Arutyunyanın istefasından təəssüfləndiyini bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

Paşinyan bildirib ki, onlar arasında “çox yaxşı işgüzar atmosfer və qarşılıqlı anlaşma” olub.

“Dağlıq Qarabağın yeni “seçilmiş” “prezidenti” Samvel Şahramanyana gəlincə, mən hesab edirəm ki, vəziyyət elədir ki, təbrik etmək üçün xüsusi bir şey yoxdur və onun üzərinə çox böyük məsuliyyət düşür”, - Paşinyan niyə hələ də onu təbrik etməməsi sualına cavabında bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol