2023-cü il mayın 14-də Brüsseldə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü təsdiqləyib: Ermənistan Azərbaycanın 86 600 kv.km ərazisini, Azərbaycan Ermənistanın 29 800 kv.km ərazisini tanıyıb. Bundan sonra mən bu razılaşmanı bir daha təsdiqlədim. Sonra mənə sual verdilər ki, doğrudanmı bu 86 min 600 kvadrat kilometr əraziyə Dağlıq Qarabağ daxildir? Mən dedim: Bəli!
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Qarabağı niyə Azərbaycanın tərkib hissəsi adlandırması sualına cavabında deyib.
Baş nazirin sözlərinə görə, bu bəyanatla Ermənistan hakimiyyəti Brüsseldə Azərbaycanla “böhranın həlli arxitekturasına” dair razılaşmanı düzəltməyə çalışıb.
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək