Putinlə rəqs edən nazir Peterburqa köçür

11:18 - 12 Sentyabr 2023 - GÜNDƏM

 Putinlə rəqs edən nazir Peterburqa köçür

Hazırda Rusiyanın Ryazan vilayətində yaşayan Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Sankt-Peterbuq şəhərinə köçməyə qərar verib.

BUTA.TV xəbər verir ki, bu barədə Knaysl TASS-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Peterburqa özünün rəhbərlik etdiyi GORKİ (The Geopolitical Observatory for Russia's Key İssues) mərkəzində işləmək üçün gedir:

“Mən GORKİ-nin təsisçisiyəm və ona rəhbərlik edirəm. Orada iş çox olduğundan və çox diqqət tələb etdiyindən, Sankt-Peterburqa köçmək qərarına gəldim”.

Qeyd edək ki, 2018-ci il avqustun 18-də Avstriya xarici işlər naziri Karin Knayslın toy mərasimində Rusiya Prezidenti Vladimir Putin də iştirak etmişdi. Hətta toy mərasimi zamanı Putinlə Knaysl rəqs də etmişdilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol