Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 096,4 milyon manatlıq və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən BUTA.TV-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 % artıb.
ÜDM istehsalının 42,4 %-i sənaye, 9,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 %-i tikinti, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrinin, 17,6 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 895 manata bərabər olub.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...