Yaponçiki öldürənlərdən birinə hökm oxundu

17:04 - 12 Sentyabr 2023 - GÜNDƏM

 Yaponçiki öldürənlərdən birinə hökm oxundu

Moskva Şəhər Məhkəməsi “Yaponçik” kimi tanınan kriminal avtoritet Vyaçeslav İvankovun qətlinin iştirakçılarından biri Nuqzar Papavaya hökm oxuyub.

BUTA.TV xəbər verir ki, bu barədə Moskva prokurorluğundan məlumat verilib.

“Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, Papavanın cəzasını ciddi rejimli islah düşərgəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, rus mafiyasının lideri hesab olunan Yaponçik 2009-cu ildə snayper atəşi nəticəsində öldürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol