Ermənistan bu qətnamələrə hörmət etməlidir - BMT

21:26 - 12 Sentyabr 2023 - GÜNDƏM

 Ermənistan bu qətnamələrə hörmət etməlidir - BMT

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlatmaq istərdik və Ermənistanı ona hərtərəfli hörmət etməyə çağırırıq.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarik gündəlik mətbuat konfransında Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi qondarma "seçkilər"lə bağlı sualı cavablandırarkən deyib.

Sözçü əlavə edib ki, BMT Baş katibi Ermənistanı və Azərbaycanı regionda sülh və təhlükəsizliyin rifahı naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri gücləndirməyə çağırır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol