2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur

01:12 - 13 Sentyabr 2023 - GÜNDƏM

 2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur

Dünyada təxminən 2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur.

BUTA.TV xəbər verir ki, bu barədə BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bəyanatında deyilir.

Eyni zamanda, BTİ-dən internetə qoşulmayanların sayının ildən-ilə azaldığı vurğulanıb və müqayisə üçün 2022-ci ildə bu göstəricinin 2,7 milyard olduğu vurğulanıb.

Qeyd olunub ki, hazırda dünya əhalisinin 67 faizini təmsil edən 5,4 milyard insan internetə qoşulub.

BTİ-nin məlumatına görə, internetə çıxışı olan insanların sayında ən sürətli artım aşağı gəlirli ölkələrdə müşahidə olunur. 2022-ci ildə bu tip ölkələrdə internet istifadəçilərinin sayı 17% artıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol