AB-nin Türkiyə ilə əlaqələri inkişaf etdirmək istəyi yoxdur

17:40 - 13 Sentyabr 2023 - GÜNDƏM

 AB-nin Türkiyə ilə əlaqələri inkişaf etdirmək istəyi yoxdur

AB ölkələri arasında Türkiyə ilə əlaqələrin inkişafı baxımından nə istək, nə də konsensus var.

BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Nəşr iddia edir ki, Ankara ilə Brüssel arasında danışıqlar prosesinin indiki mərhələsində heç də hər şey qaydasında getmir:

“AB ilə münasibətlərdə Türkiyə üçün ən problemli qurumlardan biri olan Avropa Parlamenti (AP) Ankara ilə Brüssel arasında fərqli əməkdaşlıq formatı barədə israr etməyə davam edir. Ankaranın AB ilə münasibətləri yoluna qoymaq istəyini gizlətməməsi və Birliyin ali nümayəndəsi Jozep Borrellin əlaqələrin gələcəyi ilə bağlı hesabatını yekunlaşdırdığı bir şəraitdə, bu tələbin bütün ölkələr arasında dəstək tapacağı ehtimalı sıfra yaxındır. Bunu görən AP-nin Türkiyə üzrə məruzəçisi, ispaniyalı parlamentari Naço Sançez Amor məsələni dayandırmaq məcburiyyətində qalıb. İndiki mərhələdə münasibətlərdə hər şey hamar deyil və bəzi ölkələr, məsələn, Avstriya fəal şəkildə danışıqlara son qoymağa çağırır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol