Ermənistan bütün regional kommunikasiyaların açılmasında maraqlıdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında Türkiyənin nəqliyyat və kommunikasiya naziri Əbdülqədir Uraloğlunun Zəngəzur dəhlizinin tezliklə açılmasına dair bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan Horadiz-Meğri-Ordubad-Yerasx dəmir yolunun yenidən işə salınmasının əleyhinə deyil:
“Üstəlik, bu, Ermənistan üçün mühüm layihədir. İrəvan həmçinin regional nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır. Biz Ermənistan ərazisindən keçən regional qaz kəmərlərinin, neft kəmərlərinin və elektrik xətlərinin də əleyhinə deyilik. Ermənistan bütün bu layihələrin həyata keçirilməsində maraqlıdır”.
N.Paşinyan qeyd edib ki, Ermənistan layihələrin icrasında səmimidir:
“İrəvan sabah da regional kommunikasiyaları işə salmağa hazırdır”.
Qeyd edək ki, A.Uraloğlu bu gün İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda Zəngəzur dəhlizinin tezliklə açılacağını söyləyib.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...