Çin Ayfona qadağa qoyub? - Rəsmi açıqlama

18:34 - 13 Sentyabr 2023 - GÜNDƏM

 Çin Ayfona qadağa qoyub? - Rəsmi açıqlama

Çin Ayfon qurğularının alınmasına və istifadəsinə heç bir qadağa qoymayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin məlumat verib.

Mao Nin, həmçinin Əpl smartfonlarının təhlükəsizliyi ilə bağlı müxtəlif insidentlər barədə mediada mütəmadi yayılan xəbərlərə diqqət çəkib.

Onun sözlərinə görə, Çin hökuməti yerli və ya xarici kompaniyalar tərəfindən istehsal edilməsindən asılı olmayaraq, informasiya və kibertəhlükəsizliyə böyük əhəmiyyət verir.

Qeyd edək ki, bir müddət öncə KİV-də çinli məmurlara Ayfon qurğularını özləri ilə iş yerlərinə gətirməyin və orada istifadə etməyin qadağan olunduğu barədə məlumatlar yayılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol