Qərb Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıdır və Qərb dövlətləri bu müharibə bitdikdən sonra düşmən xarakterli Rusiya ilə məşğul olmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri “Röyters” agentliyinə müsahibəsində Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjeka deyib.
Ukraynanın hazırki əks-hücumunu şərh edən çexiyalı hərbçi mənfi qiymətləndirmələrin olmasına baxmayaraq, onun sürətindən məyus olmadığını vurğulayıb:
"Hərbi hücum belə görünür. Bu, İkinci Dünya müharibəsi filminə bənzəmir, vaxt aparır. Ümumiyyətlə, hesab edirəm ki, heç bir tərəf yaxın gələcəkdə qarşıya qoyulan məqsədlərə nail olmaq iqtidarında deyil. Bu, bir neçə həftə deyil, uzun müddət davam edəcək. Və bizim ukraynalıları uzun müddət dəstəkləməyimiz vacibdir”.
Bundan əlavə, Rjeka Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra belə Kremlin daha az proqnozlaşdırılan hərəkət edəcəyi və Qərb üçün daha ciddi təhlükə yaradacağı fikrini bölüşüb.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...