Erməni bloger Karen Şirinyan Azərbaycanın Qarabağ bölgəsindən “hərbi xidmət”ə yararlı olan kişilərin kütləvi şəkildə qaçmasına münasibət bildirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
“Qurumlara xüsusi xəbərdarlıq edirəm. Hörmətli “prokurorluq”, “polis” və “təhlükssizlik xidməti”, necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmirlər, amma bu “postda duranlara” (kişilərə - red.) çıxış imkanı verilir? İndi keçid məntəqəsindən kim keçirsə, türklər şəkillərini çəkib dərc edirlər. Heç deməyin ki, onlar (Qarabağdan gedənlər - red.) impotentdirlər, müalicəyə gedirlər, ya da hemoroid olublar? Mən buna qarşı deyiləm, qoy getsinlər, amma necə olur ki, hamı gedə bilmir? Əgər sualıma ciddi cavab verilməsə, heç bir qurumdan əl çəkməyəcəyəm. Bəsdirin, ağzımı açdırmayın! Müharibə vaxtı da belə qoyunlar arvadlarının ətəyinin altında gizlənib, qaçıblar, İrəvanda əyləniblər. Mən danışacağam, utanmıram. Onlar bu 18 yaşlı əsgərləri tək qoyub qaçdılar və müharibədən sonra medallar aldılar”, - Şirinyan qeyd edib.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...