Tacikistan Prezidenti İmaməli Rəhman Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə region ölkələrinin liderlərini birliyə və böyük inteqrasiyaya çağırıb.
BUTA.TV xəbər verir ki, aparıcı dünya dövlətlərinin regiona marağının artdığını vurğulayan İmaməli Rəhman bu şərtlər daxilində Mərkəzi Asiyada birlik nümayişinin və inteqrasiya istiqamətində daha fəal addımlar atılmasının vacibliyini qeyd edib.
Tacikistan Prezidenti, həmçinin Məşvərət görüşündə iştirak edən dövlətlərin hökumətlərinə regional və ölkə xüsusiyyətləri nəzərə alınmaqla, birgə inkişaf üçün konkret təkliflər hazırlamağı təklif edib.
Qeyd edək ki, sentyabrın 14-də Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü başlayıb. Görüşdə Tacikistan Prezidenti İmaməli Rəhman, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şövkət Mirziyayev iştirak edir. Tədbirə ilk dəfə olaraq fəxri qonaq qismində Azərbaycan Prezidenti İlham Əliyev region ölkələrindən kənar dövlət başçısı kimi dəvət olunub.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...