Liviyada təbii fəlakət: ölənlərin sayı 11 minə çatdı

19:32 - 14 Sentyabr 2023 - GÜNDƏM

 Liviyada təbii fəlakət: ölənlərin sayı 11 minə çatdı

Liviyanın şimal-şərqində baş verən leysan və daşqınlar nəticəsində ölənlərin sayı 11 minə çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə Liviya Qızıl Aypara Cəmiyyəti məlumat verib.

İtkinlərin düşənlərin sayının isə 20 min olduğu təxmin edilir.

Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb. Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol