Ukrayna ordusu rusların arxa cəbhəsinə zərbə endirdi

22:06 - 14 Sentyabr 2023 - GÜNDƏM

 Ukrayna ordusu rusların arxa cəbhəsinə zərbə endirdi

Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının arxa cəbhəsinə yeni zərbələr endirib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında danışılır.

"Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 10 zərbə endirib", - məlumatda deyilir.

Bundan əlavə, Ukrayna raket qüvvələrinin bölmələri rus ordusunun bir idarəetmə məntəqəsini, iki zenit-raket kompleksini, 5 artilleriya silahını və düşmənin bir döyüş sursatı anbarını zədələyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol