Çexiyada sərnişin və yük qatarı toqquşdü

23:16 - 14 Sentyabr 2023 - GÜNDƏM

 Çexiyada sərnişin və yük qatarı toqquşdü

Çexiyanın Mlada Boleslav şəhəri (ölkənin şimal-qərbində) yaxınlığında sərnişin və yük qatarı toqquşub, üç nəfər yüngül xəsarət alıb.

BUTA.TV xəbər verir ki, bu barədə təcili yardımın mətbuat katibi Monika Novakova jurnalistlərə deyib.

"Cümə axşamı günorta saatlarında Mlada Boleslav şəhəri yaxınlığında sərnişin və yük qatarı toqquşub. Görünür, sərnişin qatarının maşinisti dayanma işarəsinə fikir verməyib və yük qatarına tərəf hərəkət edib. Sərnişin qatarında 37 nəfər olub, onlardan 3-ü yüngül bədən xəsarətləri alıblar. Onların hamısına həkimlər tərəfindən lazımi yardım göstərildikdən sonra Mlada Boleslav şəhərindəki xəstəxanalardan birinə aparılıb”, - Novakova bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol