Borrelldən İranı məyus edəcək məktub

08:48 - 15 Sentyabr 2023 - GÜNDƏM

 Borrelldən İranı məyus edəcək məktub

İrana qarşı sanksiyalar yumşaldılmayacaq.

BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyinin ali nümayəndəsi Jozep Borrell bildirib.

Borrell qeyd edib ki, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri İrana 2023-cü il oktyabrın 18-dən sonra da sanksiyaların davam etdiriləcəyi barədə məlumat verib.

Qərb hesab edir ki, Tehran nüvə sazişinin şərtlərinə əməl etmir.

O, həmçinin bildirib ki, nazirlərin məktubu İranın nüvə proqramı üzrə sazişin digər iştirakçılarına - Çin, İran və Rusiyaya da göndərilib.

"Koordinator kimi mən nüvə sazişinin bütün tərəfləri ilə gələcək fəaliyyətlərlə bağlı məsləhətləşəcəyəm", - Borrell söyləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol